Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:05

Papanın səfər proqramı hazırlanır


Azərbaycanın birinci ledisi Mehriban Əliyeva Roma papası ilə görüşür, Vatikan, 2014

Azərbaycanın birinci ledisi Mehriban Əliyeva Roma papası ilə görüşür, Vatikan, 2014

-

Vatikanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, nunsi Marek Solçinski mayın 15-dən 17-nə kimi Azərbaycanda səfərdə olub.

Onun gəlişində məqsədin Roma Papası Frantsiskin Bakıya qarşıda duran səfərinin proqramını və gündəliyini müzakirə etmək olduğu bildirilir.

Turan-ın xəbərinə görə, bu barədə Roma Katolik Kilsəsinin nümayəndəsi Vladimir Fekete danışıb.

M.Solçinskinin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə, habelə Azərbaycan rəsmiləri ilə görüşdüyü, oktyabrın 2-nə nəzərdə tutulan səfərin proqramını müzakirə etdiyi bildirilir.

Roma Papası Frantsiskin sentyabrın 30-da Gürcüstana səfər edəcəyi gözlənilir. Onun oktyabrın 2-də də Bakıya gəlməsi planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG