Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

Fransada ikinci gündür ki, əmək qanunvericiliyində islahatlara qarşı etiraz aksiyaları və tətil keçirilir.

İslahatları prezident Francois Hollande və əmək naziri Miriam el-MKomri təklif ediblər.

Ölkənin müxtəlif şəhərlərində minlərlə işçi, hərbçi və tələbə eyni vaxtda tətilə çıxıb.

Fransa radiosunun məlumatına görə,“Orli” və “Şarl-de-Qol” hava limanları da tətilə qoşulub.

Cümə axşamı həmçinin mülki aviasiya pilotlarının da tətilə qoşulacaqları gözlənilir.

İndiki tətil və aksiyalar bir neçə aydır ki, ölkədə davam edən etiraz kampaniyasının davamıdır.

Fransa mətbuatının yazdığına görə aksiyalarda milyonlarla adam iştirak edir.

Həmkarlar ittifaqları hesab edir ki, prezident Francois Hollande işçilərin hüquqlarının pozulması hesabına biznesə güzəştə gedir.

Belə ki, sahibkarlar maksimum iş saatını mövcud 10 saatdan 12 saata qaldıra bilərlər.

Əlavə işə görə pul isə mövcud 25 faizdən 10 faizə salına bilər.

Etirazlara baxmayara prezident Francsois Hollande bəyan edib ki, qanun layihəsi qəbul olunduğundanislahatlarda güzəştə getməyəcək.

Həmkarlar ittifaqları əhalinin 70 faizinin islahatlara qarşı olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG