Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:33

-

Bu ilin 4 ayında ölkədəki müəssisə, təşkilat və fərdi sahibkarlar 16 milyard 867 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal ediblər. Bu ötən ilin analoji dörü ilə müqayisədə 4,5 faiz azdır.

Dövlət Statistika Komitəsinin yaydığı son məlumatlarda belə deyilir.

Komitə buna əsas səbəbi kimi tikinti və nəqliyyat sektorlarında istehsalının azalmasını göstərir. Tikintidə 35,5 , nəqliyyat sektorunda isə 14,2 faiz azalma olduğu bildirilir.

Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun dəyərinin 1756,7 manat olduğu bildirilir.

Müstəqil iqtisadçılar isə ümumi daxili məhsulun azalmasını təkcə ölkəyə gələn neft pullarının azalması, tikinti və nəqliyyat sektorunda istehsalın aşağı düşməsilə izah etmirlər.İqtisadçılardan Qubad İbadoğlu deyirdi ki, burada hökumətin atdığı bəzi atdımlar da bumeranq efeki doğurub.

“Birincisi, dövriyyədəki manat kütləsini məhdudlaşdıraraq buxovlayıcı monetar üsullara və inzibati tənzimləmə vasitələrinə üstünlük verən Mərkəzi Bank heç bir iqtisadi məntiqlə izah olunmayan məzənnə siyasəti yeritməklə iqtisadiyyatda manat qıtlığı yaradaraq yeni situasiya formalaşdırıb. Bu situasiya ilə inflyasiyanın cilovlanmasına çalışan Mərkəzi Bank hazırkı siyasəti ilə alıcılıq qabliyyətinin və işgüzar fəallığı aşağı salıb. Beləliklə də ÜDM artımın da buxovlayaraq, yeritdiyi siyasətlə onun aşağı düşməsini təmin edir”- deyə iqtisadçı qeyd edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG