Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:44

-

Mayın 17-də ölkə parlamenti uzun müddətdən bəri gündəmdə olan "Elm haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edib.

APA-nın xəbərinə görə, layihəni parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli təqdim edib. O, deyib ki, layihənin son variantı elm qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir:

“İlk dəfədir ki, layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr daxil edilib. Həmçinin, ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Elmlər doktoru elmi dərəcə olsa da, indiyədək AMEA-nın müxbir üzvi, həqiqi üzvlüyü elmi rütbə hesab edilmirdi”

Onun deməsinə görə, qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisələrin fəaliyyətinin stimullaşdırılması da təklif edilir.

Layihədə təhsil kreditlərinin verilməsi və borcun əmək fəaliyyətinə başlayarkən ödəməsinin də nəzərdə tutulduğu qeyd edilir. Ancaq bunun, yalnız doktorantura aid edildiyi bildirilir.

Xəbərə görə, komitə sədri qanun layihəsindən bir neçə müddəanın çıxarıldığını da deyib. Qeyd edilib ki, magistratura və doktoranturalarda təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi layihədən çıxarılıb. Habelə, magistratura təhsilinin iki istiqamət - ixtisas və tədqiqat magistraturası üzrə aparılması məsələsinin də layihədən çıxarıldığı bildirilir.

Komitə sədri bu müddəaların "Təhsil haqqında" qanundan ötrü daha əhəmiyyətli olduğunu söyləyib.

Parlamentin layihəni ikinci oxunuşda qəbul etdiyi deyilir.

«Elm haqqında» qanun layihəsinin hazırlanması 4 ilə qədər vaxt aparıb. Layihə 2014-cü ilin əvvəlində parlamentin gündəminə gəlmişdi. Ancaq bu layihənin müzakirəsi yubanırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG