Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:21

-

Azərbaycan Mərkəzi Bankı manatın mayın 18-ə olan rəsmi məzənnəsini açıqlayıb.

Həmin məzənnəyə görə , mayın 18-də 1 dollar 1,5017 manat olacaq.

Mayın 17-də bir dollar 1,5033 manata bərabər olub.

Ötən il Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib. Sonuncu devalvasiyada - dekabrın 21-də bir dollar 1 manat 55 qəpiyə bərabər olmuşdu. Bu ilin əvvəlində bir ara dollar 1,62-ə qədər möhkəmlənsə də son aylar əks proses gedir. Müstəqil iqtisadçılar bunu hökumətin dollara qarşı yaratdığı süni maneələrlə izah edir. Onların fikrincə bu proses ölkə iqtisadiyyatına da ciddi ziyan vurur.Bu ilin 4 ayı ərzində Azərbaycanın xarici ticarət həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 34.30 faiz azaldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG