Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:28

Berlindəki ticarət mərkəzindən birində peşəkarlar və həvəskar musiqiçilərin iştirakı ilə təntənəli konsert keçirilib.

Konsertdə minə yaxın həvəskar musiqiçi iştirak edib.

Aksiyanı Almaniyanın simfonik orkestri təşkil edib. Dirijor isə dünya şöhrətli Kent Naganodur. Onun rəhbərliyi altında həvəskar musiqiçilər Verdi, Bize və Vaqneri ifa edirlər:

“Bu mənim nə vaxtsa ifa elədiyim nəhəng bir orkestirdir. Violençel və qaboyların bir-birindən 300 metr aralıda durması bir qədər qəribədir. Düşünürəm ki, qarşılıqlı hərəkət və bir-birini başa düşmək çətin olacaq”, Musiqi məktəbinin tələbəsi Edvard Kinq deyir.

Aksiyanı keçirməkdə məqsəd həvəskar musiqiçilərin peşəkarlarla bir araya gəlmələrinə şərait yaratmaq və bununla onları daha da həvəsləndirməkdir: “Bu dahianə, möhtəşəmdir. Bu, bizim kimi həvəskar musiqiçilərin böyüki auditoriya qarşısında çıxış eləməsinə şnasdır. Bu vilolençellər arasında akkordeonda çalmaq mənim üçün nəsə başqa bir şeydir”, həvəskar musiqiçi Yens deyir.

Ən cavan musiqiçinin 5, ən böyükünün isə 82 yaşı var. Hər kəs öz aləti ilə gəlib.

Konsertə baxmağa isə 1500 adam toplaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG