Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:52

Ödənişli təhsil üzrə qəbulda yenilik


İmtahan
İmtahan

-
Azərbaycanda 2016-cı ildə ali məktəb və texnikumlara ödənişli təhsil üzrə qəbulla bağlı bəzi dəyişikliklər edilib.

Bunu APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev deyib.

N.Əliyev bildirib ki, indiyədək ali təhsil müəssisələrinin ödənişli təhsilə qəbul planını Nazirlər Kabineti verirdi. Bundan sonra bunu təhsil müəssisələrinin özləri müəyyənləşdiriləcək.

Şöbə müdiri qeyd edib ki, bu dəyişiklik cəmiyyətdə səhv anlaşılır: «Elə başa düşülür ki, ödənişli plan ləğv olunubsa, artıq ali məktəblərdə ödənişli təhsil yoxdur. Amma bu, belə deyil. Sadəcə, qəbul planının adı dəyişib. İndiyədək ali təhsil müəssisələrinin ödənişli təhsilə qəbul planını Nazirlər Kabineti verirdi. Bundan sonra ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilə qəbul planını özləri müəyyənləşdiriləcək. Məsələn, hərali məktəb müəyyən edəcək ki, nə qədər ödənişli təhsil üzrə kadr hazırlaya biləcək. Həmin təhsil müəssisəsinin imkanlarına görə, onlara ödənişli yerlər veriləcək. Ali məktəblərdə ödənişli təhsil yenə də olacaq, sadəcə mexanizm dəyişib».

TQDK rəsmisi deyir ki, ödənişli yerlərə qəbul üçün müsabiqə vəziyyəti olduğu kimi qalacaq: «Məsələn, ali məktəblərin ödənişli ixtisaslara 100 nəfəri qəbul etmək imkanı olsa da, yalnız 200 bal müsabiqə vəziyyətini toplayanlar ora qəbul oluna biləcək. 200 baldan yuxarı nəticə göstərən 70 nəfər olubsa, 100 yerə yalnız həmin abituriyentlər qəbul olunacaq, qalan yerlər isə boş qalacaq».

Azərbaycandakı ali məktəb tələbələrinin 70 faizdən çoxunun ödənişli əsaslarla təhsil aldığı bildirilir.

XS
SM
MD
LG