Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:02

-

Sovet dissidenti Vladimir Bukovsky Böyük Britaniyada aclığı dayandırıb. Mayın 16-da Kembric məhkəməsi ona qarşı uşaq pornoqrafiyasıyla bağlı dinləmələri təxirə salandan sonra o, belə bir addım atıb.

73 yaşlı Bukovsky uşaqların əxlaqsız fotolarını saxlamaqda və yaymaqda ittiham olunur. O, ittihamlara etiraz olaraq aprelin 20-də aclıq aksiyasına başlamışdı.

Bukovsky Londonda Ali məhkəməyə müraciət etmişdi, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) şantaj kampaniyasının qurbanına çevrildiyini deyirdi.

1960-70-ci illərdə Bukovsky 12 il sovet həbsxanalarına və psixiatrik xəstəxanalarında keçirib, antisovet təbliğatı yaymaqda ittiham olunub.

O, 1976-cı ildən Britaniyada yaşayır və Rusiya Prezidenti Vladimir Putin-in sərt tənqidçisidir.

Məhkəmə dinləməni dekabrın 12-dək ertələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG