Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:31

-

Mayın 18-i Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 13-16, gündüz 23-28 dərəcə isti olacaq. Bakıda isə gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı bildirilir

Sabah Azərbaycan rayonlarında da ciddi yağıntı gözlənilmir. Lakin axşam şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG