Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11

-

Fələstin sülh danışıqlarının bərpasını hədəfləyən beynəlxalq konfrans təxirə salınıb. Bunu Fransa Prezidenti Francois Hollande mayın 17-də deyib.

Onun sözlərinə görə, mayın 30-na planlaşdırılan sammit yayın sonuna ertələnib, çünki ABŞ Dövlət katibi John Kerry mayda görüşə qatıla bilmir.

Bir gün öncə Fransanın xarici işlər naziri Jean-Marc Ayrault deyirdi ki, İsrailin etirazlarına baxmayaraq, sammit keçiriləcək.

İsrailin Baş naziri Benjamin Netanyahu isə mayın 15-də Qüdsdə Ayrault ilə danışıqlardan sonra söyləyib ki, israillilər və fələstinlilər arasında sülh razılaşması əldə etməyin ən yaxşı yolu ilkin şərt olmadan birbaşa danışıqlar aparmaqdır.

İsrail-Fələstin danışıqlarının sonuncu raundu 2014-cü ildə iflasa uğrayıb. O zaman danışıqlara ABŞ vasitəçilik edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG