Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:34

Avtomobil idxalı 7 dəfə azalıb


Maşın bazarı
Maşın bazarı

-

Bu ilin 4 ayında Azərbaycana cəmi 1742 avtomobil idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatında belə deyilir.

Bu, keçən ilin analoji dövründən 11148 ədəd və ya 7.4 dəfə azdır.

Məlumatda qeyd edilir ki, ölkəyə bu dövrdə cəmi 24 mikroavtobus gətirilib. Bu, 16.3 dəfə azalma deməkdir.

Minik maşınlarının idxalının da 7.7 dəfə azaldığı bildirilir. Ölkəyə cəmi 1509 minik maşını gətirildiyi qeyd edilir.

Bu 4 ayda ölkəyə cəmi 152 ədəd isə yük maşını gətirildiyi deyilir. Yük maşınlarının idxalının da 4.2 dəfə azaldığı qeyd edilir.

XS
SM
MD
LG