Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:51

TAP-ın təməli qoyulur


Qaz kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.
Qaz kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

-

Bu gün Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisi üzrə işlərin başlanmasına həsr olunmuş təntənəli mərasim keçiriləcək.

Tədbirdə Azərbaycanın energetika naziri Natiq Əliyevin də iştirak edəcəyi gözlənilir.

TANAP və TAP layihələri «Cənub Qaz Dəhlizi»nin ayrı-ayrı hissələrini təşkil edir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır. Uzunluğu 878 kilometr olacaq TAP kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasında böyük imkanlar yaratmalıdır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olmalıdır və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), «Snam S.p.A.» (20 faiz), «Fluxys» (19 faiz), «Enagás» (16 faiz) və «Axpo» (5 faiz).

Qaz kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG