Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:26

Cəbhədə yenə sükutun pozulduğu deyilir


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 120 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Qazax rayonunun Qızılhacılı, Qaymaqlı və Quşçu Ayrım kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Ayqepar kəndindən Tovuz rayonunun Əlibəyli kəndinin, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin vurulduğu açıqlanıb.
Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də hədəf seçilib.

Bundan başqa, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələrinin atəşə məruz qaldığı qeyd edilib.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri də əməliyyat şəraitinə uyğun qarşı tərəfə zərbələr endirib.

XS
SM
MD
LG