-
Beynəlxalq Kosmik Stansiya mayın 16-da Yerin ətrafında 100 mininci dövrəsini vurub.
Fəzada olduğu bu 17 il ərzində stansiya 2.6 milyard mil (4.6 milyard kilometr) səyahət edib ki, bu da Yerdən Neptuna qədər olan məsafəyə bərabərdir, - NASA bildirib.
Stansiyanın «Zarya» adlı ilk modulu kosmosa 1998-ci il noyabrın 20-də buraxılıb. Sonrakı illər ərzində stansiyaya 400 tondan çox ağırlığı olan 15 modul quraşdırılıb.
Hazırda stansiyada altı astronavt işləyir – 3 rusiyalı, 2 amerikalı, 1 britaniyalı. 17 il ərzində stansiyada 222 nəfər qalıb, yaxud ona baş çəkib.
Stansiya Yerin təxminən 250 mil (400 kilometr) yüksəkliyindən keçir. Yer ətrafında bir səyahət 1.5 saat çəkir.