Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

-

Mayın 17-də Vyanada Suriyada sülh yaradılmasını hədəfləyən danışıqlar keçiriləcək. Rusiya, ABŞ, Avropa və Yaxın Şərq diplomatları görüşə qatılacaq.

ABŞ Dövlət katibi John Kerry və Rusiyanın Xarici işlər naziri Sergei Lavrov mayın 16-da görüşərək gündəmi müəyyənləşdiriblər, iclasa də həmsədrlik edəcəklər.

Bu iki diplomat Suriyada atəşkəsin saxlanmasına çalışır, ancaq fevralda atəşkəs sazişi əldə olunsa da, dəfələrlə, həm də şiddətli döyüşlərlə pozulub.

ABŞ rəsmilərinin sözlərinə görə, Kerry Suriya Prezidenti Bashar al-Assad-ın istefa verməli olduğunu deyir. O, siyasi keçidlə bağlı razılıq əldə edilməsindən ötrü avqustun 1-ni son tarix qoyub.

Ancaq Assad-ı Rusiya və İran dəstəkləyir və istefa vermək fikrində deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG