Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45

-

Bu ilin birinci rübündə Rusiya iqtisadiyyatı gözləndiyindən daha az düşüb ki, bu da sabitlik əlaməti sayıla bilər.

Rusiya dövlət statistika xidməti mayın 16-da bildirib ki, bir il öncəylə müqayisədə iqtisadiyyat 1.2 faiz azalıb. Ancaq ötən ilin son rübündə bu azalma 3.8 faiz idi.

2014-cü ildən bəri Rusiya iqtisadiyyatı geriləməyə başlayıb. Səbəb neftin ucuzlaşması və Ukraynaya təcavüzə görə Qərbin qoyduğu sanksiyalardır.

Amma indi neft yenidən bahalaşmaya başlayıb, rubl da dollara nisbətdə 13 faiz qalxıb.

Təhlilçilər böhranın ən ağır dönəminin geridə qaldığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG