Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:05

-

Pakistanın Baş naziri Nawaz Sharif parlamentdən xahiş edib ki, “Panama Sənədləri”nin sızdırdığı iddiaların araşdırılmasından ötrü komissiya yaratsın. Sharif mayın 16-da parlamentdə deyib ki, sərvətini siyasətə girməmişdən toplayıb və heç vaxt dövlət vəsaitini ofşora yatırmayıb.

“Əminliklə deyə bilərəm ki, Pakistandan bircə quruş da çıxarılmayıb”, Sharif deyib.

Bir müddət öncə mediaya sızan Panama Sənədləri Sharif-in övladlarının bir neçə ofşor şirkətinin olduğunu, həmin şirkətlər vasitəsilə Londonda əmlak aldıqlarını üzə çıxarıb.

Özləri bu iddiaları təkzib etsə də, müxalifət bu sənədlərdən Sharif-in devirmək üçün yararlanmağa çalışır.

Sharif deyir ki, o, hələ siyasətə gəlməmişdən atası ailə biznesi yaradıb, poladtökmə zavodu qurub. Bu zavod sonradan, 2005-ci ildə 17 milyon dollara satılıb ki, həmin pula da Londonda mənzillər alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG