Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

Əfqanıstan hökuməti elektrik layihəsi marşurutunun dəyişdirililməsi ilə bağlı xüsusi komissiya yaradılacağını və mayın 26-da yekun qərar barədə məlumat verəcəyini vəd edib.

Prezident Ashraf Ghani həmçinindinc aksiyaya görə etirazçılara təşəkkür bildirib.

Qeyd edək ki, mayın 16-da Kabildə minlərlə etnik xəzər layihənin marşurutunun dəyişdirilməsinə etiraz olaraq aksiya keçirib.

Polis etirazçıların prezident sarayına yaxınlaşması üçün əsas yolları bağlayıb.

Xəzərlər Türkmənistan-Kabil elektrik xəttinin mərkəzi Bamiyan vilayətindən keçməsini tələb edir.

Xətt, ilkin olaraq, Bamiyadan keçməliydi, amma Hakimiyyət sonradan qənaəti əsas gətirərək marşurutu dəyişdirib.

Bu xətt 10 vilayətə elektrik enerjisi verəcək, TUTAP layihəsinin bir hissəsidir.

TUTAP – Türkmənistan, Özbəkistan, Tacikistan, Əfqanıstan və Pakistanı birləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG