Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:10

-

“Rus ordusunun Azərbaycandan çıxarıldığı gün bayram edilsin”

Klassik Xalq Cəbhəsi Partiyası rus ordusunun Azərbaycan ərazisindən çıxarılması gününün Dövlət bayramı kimi qeyd edilməsini və həmin hadisənin şərəfinə Bakı şəhərində abidə qoyulmasını tələb edir.

Bu barədə partiyanın bu gün ki, toplantısından sonra yayılan açıqlamada qeyd edilir.

Partiya yada salır ki, düz 23 il əvvəl mayın 25-də mərhum prezident Əbülfəz Elçibəyin xidmətləri sayəsində rus qoşunları Azərbaycandan çıxarılıb.

Həmin hadisədən, heç iki həftə keçməmiş Azərbaycanın ikinci paytaxtı Gəncədə hökumət əleyhinə silahlı etirazlar başlamışdı.

Prezident Əbülfəz Elçibəyin ləğv etdiyi, ancaq bu fərman icra olunmadığından buraxılmayan 709 saylı hərbi hissənin komandiri polkovnik Sürət Hüseynovun rəhbərliyi altında silahlı qüvvələr Gəncədəki bütün hakimiyyət orqanlarını ələ keçirmişdilər. Bundan bir qədər sonra isə Bakıya doğru yürüş edən silahlı qüvvələr rayonlardakı hakimiyyət orqanlarına itaətsizlik nümayiş etdirmişdilər.
Həmin il iyunun 15-də Əbülfəz Elçibəyin dəvəti ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinə rəhbər gətirilmişdi. Bundan 3 gün sonra isə Əbülfəz Elçibəy Bakını tərk edərək doğulduğu Kələki kəndinə üz tutmuşdu. Silahlı qüvvələrin başında Bakıya daxil olan Sürət Hüseynov isə prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin təklifi ilə baş nazir postuna gətirilmişdi.

Hakimiyyət rəsmilərinindən, hələlik, bu təklifə münasibət bildirən olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG