Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:04

Ermənistan prezidenti Serzh Sargisyan artıq Vyanadadır.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Məlumata görə onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupu həmsədlərinin təşkil etdiyi bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur.

Sargisian yaxın saatlarda Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini və ABŞ Dövlət katibi John Kerry ilə görüşü gözlənilir.

Qeyd edək ki, Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də nəzərdə tutulur.

Amma hələlik görüşün vaxtı və detalları barədə məlumat yoxdur.

Bundan əvvəl görüşə həmsədr ölkələrin xarici işlər nazirlərinin də qatılacaqları bildirilirdi.

Danışıqlarda Qarabağ münaqişəsi və qoşunların təmas xəttində hərbi risklərin azaldılması ətrafında müzakirələrin aparılacağı gözlənilir.

Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci il dekabrın 19-da İsveçrənin paytaxtı Berndə keçirilib.

Qarabağ danışıqları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılır

Qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG