Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:24

Serbiya ilə Kosovo necə oynayacaq?


Futbol üzrə Azərbaycan və Ermənistan milli komandaları arasında tətbiq edilən qayda , Serbiya və Kosovo milliləri arasında da tətbiq oluna bilər.

İdman portallarının məlumatına görə, bunu UEFA-nın müvəqqəti baş katibi Teodor Teodoridis bildirib.

Onun sözlərinə görə, lazım olsa bu Serbiya və Kosovo komandaları barədə tədbir görüləcək.

O deyib ki, Millilərin püşkatmaları elə keçirilir ki, məsələn Ermənistan və Azərbaycan yığmaları bir qrupda oynamasın.

Baş katib əvəzi qeyd edib ki,hazırda eyni şey Ukrayna və Rusiya arasında da tətbiq olunur və lazım gəlsə bu Serbiya və Kosovo komandalarına da şamil oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG