Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:05

Belarusun xarici işlər naziri Vladimir Makey Minsklə Moskvanın ABŞ-ın Avropada hava hücumlarından müdafiə sistemləri qurmasından narahat olduqlarını deyib.

O bunu mayın 16-da Minskdə Rusiyalı həmkarı Sergeyi Lavrovla görüşdən sonra deyib.

Onun sözlərinə görə Belarusla Rusiya, ABŞ-la NATO-nun bu planına qarşı müvafiq tədbirlər görmək razılığına gəliblər.

Lavrovsa qeyd edib ki, Belarusla Rusiya Avropanın təhlükəsizlik planından narahatdırlar, çünki NATO ölkələri qarşıdurma yaratmaq və bizim sərhədlərimizə yaxınlaşmaq istəyirlər.

Qeyd edək ki, Rusiya qəti şəkildə bu plana qarşı çıxır.

Vaşinqtonsa dəfələrlə bəyan edib ki, məqsəd Yaxın Şərqdən mümkün ortamənzilli raket hücumlarının qarşısını almaqdır və bu Rusiyaya qarşı yönəlməyib.

Qeyd edək ki, NATO bu günlərdə Rumınyada haqva hücumlarından müdafiə obyektinin açılışını edib, Polşada isə təməlini qoyub.

Sergei Lavrov səfər zamanı prezident Aleksandr Lukashenko ilə də görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG