Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

250 milyonluq kokain tapılıb


Kolumbiya polisi Panama ilə sərhəddə tonlarlakokain aşkar edib.

Kolumbiyadakı banan plantasiyalarından birindəki taxta anbarda kisələrə yığılmış halda 8-9 tona yaxın kokain aşkar edilib.

Ölkə prezidenti Xuan Manuel Santos özünün “Tvitter” səhifəsində 240 milyon dəyərində olan bu narkotik partiyasının cinayətkarlara əsil zərbə olduğunu yazır.

Ölkənin şimal-qərbindəki Antioqiya departamentində keçirilən əməliyyat zamanı 3 nəfər həbs edilib.

Müdafiə naziri Luis Karlos Viyeqas bu malların “Usuqa klanı” adlı cinayətkar dəstəya aid olduğunu deyir.

ABŞ onun başçının yaxalanmasına 5 milyon dollar mükafat elan edib:

“Burda 9 ton kokain var, Nyu-Yorkdakı küçə qiymətilə dəyəri 250 milyon dollardır. Ona görə də bu Usuqa klanı və ümumilikdə Kolumbiyann Uraba regionundakı narkotik alverçilərinə zərbədir”.

ABŞ rəhbərlitinin məlumatına görə,

hər il Kolumbiyada 440 tondan çox kokain istehsal edilir.

Bu ölkənin hüquq-mühavizə orqanları ötən il 250 min tona yaxın kokain ələ keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG