Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:11

-

Bakıda 57 yaşlı kişinin özünü asdığı bildirilir.

Lent-az-ın xəbərinə görə, hadisə Rəşid Bağırov küçəsi 28/3 ünvanında baş verib. 57 yaşlı Malik Mehdizadənin asılmış meyiti aşkarlanıb. Onun asılı meyitini ailə üzvlərinin bu gün səhər saatlarında tapdıqları bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Bu gün Lənkəran şəhərində də intiharla bağlı xəbər yayılmışdı. Onda da 22 yaşlı gənc qızın özünü asdığı deyilirdi.

Son illər mətbuatda dərc edilən araşdırmalarda Azərbaycanda intihar hallarının artdığı bildirilir. Əslində, bunu rəsmi qurumlar da təsdiq edir. Ancaq Azərbaycanda intihar hallarını ayrıca araşdıran mərkəz yoxdur. Mətbuatda dərc edilən araşdırmalarda insanların daha çox maddi problemlərdən canlarına qıydıqları yazılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG