Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00

Parisdə Fələstin danışıqları olacaq


Benjamin Netanyahu (sağda) və Jean-Marc Ayrault

Benjamin Netanyahu (sağda) və Jean-Marc Ayrault

-

Fransanın Xarici işlər naziri Jean-Marc Ayrault deyir ki, İsrailin etirazlarına baxmayaraq, Fələstin sülh danışıqlarına yönəlik Paris sammiti keçiriləcək.

Fransa 20 ölkə rəsmisinin görüşünü təklif edib.

İsrailin Baş naziri Benjamin Netanyahu isə mayın 15-də Qüdsdə Ayrault ilə danışıqlardan sonra deyib ki, israillilər və fələstinlilər arasında sülh razılaşması əldə etməyin ən yaxşı yolu ilkin şərt olmadan birbaşa danışıqlar aparmaqdır.

Ayrault həmin gün Fələstin Prezidenti Mahmud Abbasla da görüşüb. Abbas da mayın 30-na planlaşdırılan sammiti dəstəkləyir.

İsrail-Fələstin danışıqlarının sonuncu raundu 2014-cü ildə iflasa uğrayıb. O zaman danışıqlara ABŞ vasitəçilik edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG