Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:17

-
Azərbaycanın baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 16-da Gürcüstana səfərə gəlib.

AZƏRTAC-ın xəbərinə görə, Shota Rustaveli adına Tbilisi Beynəlxalq Aeroportunda Artur Rasizadəni Gürcüstan baş nazirinin müavini, energetika naziri Kakha Kaladze qarşılayıb.

Səfərin məqsədinin Tbilisidə keçiriləcək «Şərq-Qərb» enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək olduğu bildirilir

Səfər çərçivəsində Artur Rasizadənin Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə ikitərəfli görüşlərinin nəzərdə tutulduğu da qeyd edilir.

«Şərq-Qərb» enerji dəhlizinin əsası Bakı-Supsa neft ixrac kəməri ilə qoyulub. 1996-cı il martın 8-də Azərbaycan və Gürcüstan arasında ilkin neftin nəqlinə dair hökumətlərarası saziş imzalanıb. Bununla da Bakı-Supsa neft ixrac kəməri layihəsinə start verilib.

Uzunluğu 830 kilometr, layihə gücü ildə 5.1 milyon ton olan bu kəmərin istismara buraxılması ilə Şərqlə Qərbi birləşdirən enerji dəhlizinin təməli qoyulub.

1999-cu il aprelin 17-də kəmərin açılış mərasimi keçirilib. Bakı-Supsa Azərbaycan neftini dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmərdir.

Həmin vaxtdan bu kəmərlə 76.3 milyon ton neft nəql olunduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG