Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 119 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Ağstafa rayonunun Köhnəqışlaq kəndi və Qazax rayonu ərazisində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex kəndindən Tovuz rayonunun Əlibəyli kəndi, Krasnoselsk rayonundan isə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonundakı mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Yusifcanlı və Nəmirli kəndləri də hədəf seçilib.

Bundan başqa, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarında da bəzi məntəqələrin vurulduğu qeyd edilib.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə cavab zərbələri endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG