Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

-

Rusiyanın İdman naziri ölkəsinin dopinq qalmaqalına görə üzr istəyib və atletlərinin yayda Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına buraxılmasını xahiş edib.

Vitaly Mutko mayın 15-də Britaniyanın “Sunday Times” qəzetində yazıb ki, “Rusiya idmanda ən yüksək standartlara sadiq qalır və Olimpiya dəyərlərinə zidd hər şeyə qarşıdır”.

“Çox təəssüf edirik ki, bizi, dünyanı aldatmağa çalışan atletlər daha öncə ifşa olunmayıblar. Federasiya rəhbərliyi, atletlər, məşqçilər bəzi səhvlərə yol veriblər. Buna görə xəcalət çəkirik”, nazir yazır.

Ümumdünya Antidopinq Agentliyi (WADA) atletlərin dopinqdən istifadə etdiyini aşkarlayandan sonra Rusiya atletlərinin yarışlarda iştirakı qadağan olunub. Rio oyunlarına 3 aydan da az qalır və Moskva qadağanın götürülməsinə çalışır.

WADA Prezidenti Craig Reedie bildirib ki, rusiyalı atletlərin yarışa buraxılacağı “real görünmür”.

Günün bütün mövzuları

XS
SM
MD
LG