Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:28

-

Rusiyalılar Eurosivion mahnı müsabiqəsində 32 yaşlı ukraynalının qalib gəlməsindən narazı qalıb, yarışmada siyasi tərəfkeşlikdən gileylənir.

Ukraynalı Jamala Krım tatarlarının 2-ci Dünya Müharibəsi zamanı kütləvi deportasiyasından bəhs edən mahnısıyla “Eurivision” qalibi olub. Onun ifa etdiyi “1944” jüri və tamaşaçılardan 534 bal toplayıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib. Bu baxımdan mahnı yarışma tarixində ən ziddiyyətli ifalardan sayıla bilər.

Təşkilatçılar yarışma qaydalarının pozulmadığını deyirlər. Ancaq rusiyalılar sosial mediada və digər kanallarda onun açıq-aşkar siyasi olduğunu deyir, sərt tənqid edirlər.

Jamala da bildirib ki, bu mahnı Krımın ilhaqını pisləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG