Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:55

AzadlıqLive - Bir qoyun dərisi 25 qəpiyə?

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:00 16.5.2016

VYANA FÜRSƏTİ

«Yeni Müsavat» qəzeti bu gün Vyanada gözlənilən Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü və onun mümkün nəticələrini dəyərləndirib.

Məqalədə qeyd edilir ki, Qarabağ cəbhəsindəki son gərginlikdən sonra bu görüşün 3 özəlliyi var. Müəllifin fikrincə, birincisi, 4-günlük aprel döyüşlərindən sonra bu, prezidentlərin ilk görüşdür. İkincisi, həmsədr dövlətlərin xarici siyasət idarələrinin başçıları da görüşə qatılmaq niyyətindədirlər. Üçüncüsü isə, müəllif düşünür ki, Azərbaycan mövqeyini bir xeyli gücləndirib. Media icmalı

12:04 16.5.2016

Camala Ukraynada qəhrəman kimi qarşılanır (VİDEO)

Eurovision-2016-nın qalibi olan Camala mayın 15-də Stokholmdan Kiyevə dönüb. Ukrayna paytaxtında onu qəhrəman kimi qarşılayıblar. Hava limanında o, deyir ki, Krım tatarlarının deportasiyasından bəhs edən mahnısı özünün və ailəsinin tarixi idi.

Camalə Ukraynada qəhrəman kimi qarşılanır (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

12:32 16.5.2016

Gənclər bir günün içində necə "narkoman" oldu?

H.Əliyevin heykəlinə yazı yazanların hərəsinin evindən azı 1 kiloqram heroin necə çıxdı?

Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

.

12:42 16.5.2016

“Human Rights Watch” :"İki gənc fəala qarşı şübhəli narkotik ittihamı"

“Azərbaycan hakimiyyəti iki gənc fəala qarşı şübhəli narkotik saxlama ittihamları irəli sürüb. Bu ittihamların heykəl üzərindəki yazılarla bağlı olduğu görünür. Hakimiyyət onları dərhal buraxmalı və polisdə pis rəftara məruz qalmaları barədə məlumatları araşdırmalıdır”. Beynəlxalq “Human Rights Watch” insan haqları təşkilatı bu barədə bəyanat yayıb.

Davamı

XS
SM
MD
LG