Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:03

AzadlıqLive - Bir qoyun dərisi 25 qəpiyə?

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

17:12 20.5.2016

Türkmən Məclisinin sədri Abdurrahman Mustafa AzadlıqRadiosuna danışır

“Mayın 18-də Assad rejiminin hücumlarında 4 türkmən döyüşçü həlak oldu. Bu gün Homsun, Hamanın türkmən kəndləri də rejimin bombardmanlarına məruz qalıb. Mayın 19-da Homsda bir türkmən ailəsindən 13 dinc şəxs ölüb”

Fevralın 27-də Suriyada atəşkəs razılığı əldə olunsa da, qanlı toqquşmalar davam edir. Rəsmən elan olunmuş atəşkəsə baxmayaraq, ən çox qanlı döyüşlər haqqında xəbərlər türkmənlərin də sıx yaşadığı Hələbdən gəlir. Son bir neçə gündə türkmən bölgəsi olan Türkmən dağında da döyüşlər şiddətlənib.

Suriya Türkmən Məclisinin sədri Abdurrahman Mustafa AzadlıqRadiosuna bölgədəki son durumdan danışıb. "Ətraflı axşam saat 8-də AzadlıqLive-da Radioda:

15:29 20.5.2016

Ermənistan 797 xidməti maşını ixtisara salır

Ermənistan hökuməti 797 xidməti maşını ixtisar edir. Hazırda belə xidməti maşınların sayı 1100-dür.

Bu 1100 maşını saxlamaq dövlətə ildə 2 milyon dollara başa gəlir.

Bu qədər maşın lazımdırmı? Erməni medasiı yazır ki, büdcəsi Ermənistanınkından 60 dəfə böyük olan Danimarkada dövlət hesabına saxlanan cəmi 23 xidməti maşın var.

Azərbaycanda neçə belə xidməti maşın var?

15:11 20.5.2016

XİN sözçüsü rəqs etdi

Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharova ASEAN ölkələrinin Soçi sammitində “Kalinka” rəqsini oynayıb. Bu, mətbuat üçün təşkil edilmiş təntənəli şam yeməyində olub..

Rusiya agentliklərinin məlumatına görə, sammiti müxtəlif ölkələrdən 850-ə yaxın jurnalist işıqlandırır.

Zakharova TASS agentliyinə bildirib ki, jurnalistlərə sevimli rəqsini ifa edəcəyini vəd edibmiş və sözünün üstündə durub.

15:06 20.5.2016

Medvedev deyir ki, Rusiya Qarabağ probleminin həllinə həmişə kömək edir

Yerevanda Avrasiya Hökumətlərarası Şuranın iclasında iştirak edən Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisianla görüşüb. Medvedev deyib ki, Rusiya Qarabağ probleminin həllinə həmişə kömək edəcək və bu çətin problemin həllinə dəstək olacaq.

Davamı

XS
SM
MD
LG