Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:07

AzadlıqLive - Bir qoyun dərisi 25 qəpiyə?

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin


Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

20:35 20.5.2016

Bu günki AzadlıqLive-da:

Bayram Məmmədovun anası deyir ki, "Ombudsmana inanırdı..."

Türkmən dağında döyüşlər gedir. Suriya türkmən məclisinin sədri Abdurrahman Mustafa ilə müsahibə

Bir qoyun dərisini fermerdən 20 qəpiyə, 25 qəpiyə alırlar

19:08 20.5.2016

1 qoyun dərisinə 25 qəpik

Şamaxılı fermer, çörəyi heyvandarlıqdan çıxan Qəhrəman Əliyev deyir ki, qoyun-quzusu var, bəzən kəsib satır: “Rayonda dəri qəbul məntəqəsi var, getdim verməyə, 4 dəriyə 1 manat verdilər. Məntəqədə işləyən oğlan dedi ki, “dayı, hələ sənə çox veririk, dərini 25 qəpikdən alırıq, mal çox olanda 15 qəpikdən alırıq”. Necə əsəbiləşdimsə, malımı əllərindən alıb zibilə atdım”.

Qəhrəman Əliyev deyir ki, qışda dərini 1 manatdan verib, 3-4 il əvvəl isə bir qoyun dərisinin qiyməti 3 manat olub. O, qoyun yununa da alıcı tapmadığından şikayətçidir. Ətraflı axşam saat 8-də AzadlıqLive-da radioda

18:15 20.5.2016

Bayram Məmmədov aclığa başladı

"Heykəl məhbusu" Bayram Məmmədovun Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı bildirilir. Bu haqda onun vəkili Elçin Sadıqov Azadlıq Radiosuna məlumat verib.

Vəkilin bildirdiyinə görə, B.Məmmədov Bakı Apellyasiya Məhkəməsinin barəsində seçilən həbs qərarını qüvvədə saxlamasına etiraz edir.

Elçin Sadıqov bildirir ki, gənc fəal həmçinin Ombudsman Aparatının onlara işgəncə verilmədiyi haqda bəyanatından kəskin narazı qalıb. Aclıq aksiyası həm də Ombudsmanın bəyanatına etirazdır.

18:10 20.5.2016

Türkiyədə deputat toxunulmazlığı götürüldü

Türkiyə Böyük Millət Məclisində deputat toxunulmazlığının ləğvi ilə bağlı konstitusiyaya dəyişiklik təklifi 376 səslə qəbul edilib.

Yeni qanuna əsasən, haqqında prokurorluq orqanları tərəfindən cinayət işi açılan 138 deputatın toxunulmazlıq hüququ aradan qalxır.

Qəbul edilən qanundan sonra 41 HDP və 33 CHP millət vəkili barədə araşdırmalara başlanılacaq.

Davamı

XS
SM
MD
LG