Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:20

Belarus Milli Konqresi küçədə yarandı


Minsk, arxiv fotosu
Minsk, arxiv fotosu

Hakimiyyət orqanları təşkilatçılara yer verməkdən imtina etdiyinə görə Belarus Milli Konqresinin təsis sessiyası küçədə keçirilib.

Müxalifət fəalları Minskin mərkəzindəki Yanka Kupala bağında toplaşıb. Bu toplantıda Belarus Milli Konqresinin yaradılması elan edilib.

Toplantıda 300-ə yaxın adam iştirak edib.

Təşkilat komitəsinin tərkibinə prezidentliyə keçmiş namizədlər Nikolay Statkeviç və Vladimir Neklyayev, Ali Sovetin keçmiş sədri Stanislav Şuşkeviç də daxildir.

Toplantıda ölkədəki iqtisadi böhranvə 2016-ci ilin payızında keçiriləcək parlament seçkiləri də müzakirə edilib.

XS
SM
MD
LG