Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:23

Venesuelada prezident Nicolas Maduronun ölkədə 60 günlük fövqəladə vəziyyət elan etməsindın sonra Karakasda etiraz akiyaları başlayıb.

Minlərlə etirazçı Maduronun vəzifəsindən getməsi üçün referendum keçirilməsini tələb edir.

Müxalifət lideri Henrique Capriles bildirib ki, Venesuela hər an partlamaya hazır vəziyyətdə olan bomba kimidir: “Buna görə də hamını referendum keçirilməsi üçün fəaliyyətə başlamağa çağırırıq” .

“Xaricdən gələn təhlükələrlə bağlı” ölkədə fövqəladə vəziyyət elan edən Maduro isə geriyə çəkilməyəcəyii bildirib. Prezident deyib: “Orduya və polisə gələn həftə üçün təlimlərə başlamaq təlimatı vermişəm. Biz hər cür ssenarilərə qarşı hazır olmalıyıq. Çünki bu torpaqlar müqəddəsidir, bu müqəddəsliyə də hörmət olunmalıdır”.

Maduro deyib ki, neft ixrac edən ölkələrin birləşdiyi OPEC təşkilatında onu devirmək istəyənlər var.

Bunda əvvəl ABŞ Maduronun prezidentli dövrünü başa çatdırmadan vəzifəsindən gedəcəyi ilə bağlı narahatlığını bildirmişdi.

Hazırda Venesuela iqtisadi və enerji böhranı yaşayır. Ölkədə yüksək infilyasiya, 15 saata çatan elektirk kəsintilərinə görə hökumətə qarşı aksiyalar və tətillər keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG