Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:57

Osetin oğlana vurulan amerikalı qızın Rusiya sərgüzəştləri


Obri Michel Allen və Alan Khachirov
Obri Michel Allen və Alan Khachirov

Rusiya hökumətu mayın 12-də ABŞ vətəndaşı Obri Michel Alleni deportasiya edib. Şimali Osetiya məhkəməsinin qərarına görə, amerikalı gəns qız respublikanın Mozdok rayonunda yaşama haqda qaydaları pozub. Buna görə də Mişel Obri Allen məhkəmə əməkdaşlarının müşaiyəti ilə Mineralnı Vodı beynəlxalq aeraportuna gətirilib, ordan da Şeremetyevo hava limanına uçan qız sərhədçilərin nəzarəti altında birbaşa reyslə Nyu-Yorka yola salınıb.

Gənc qız Rusiyaya bir də beş il sonra gələ biləcək. Obri bura sadəcə sevdiyi adamın yanına gəldiyini bildirsə də, Rusiya hüquq-mühafizə orqanları bu cütlüyün sevgisinə, tökdüyü göz yaşına inanmayıb.

Exo Kafkaz bir osetin oğlanla bir amerikalı qızın Rusiyadakı başıbəlalı sevgi macərasından yazır.

Bütün Osetiya son bir neçə həftədir osetin gənclə çeroki qəbiləsindən olan qızın sevgi hekayətini heyranlıqla izləyirdi. Amerikalı Obri Michel Allen Rusiyaya turist vizası ilə gəlib, sənədləşmə zamanı Moskva, Vladiqafqaz və Mozdoka baş çəkəcəyini də qeyd edib.O, Mozdok rayonu Vinoqradnaya kəndində yaşayan nişanlısı Alan Xachirovun yanına bu il yanvarın 31-də gəlibmiş.

VİRTUAL ROMANDAN VİNOQRADNAYA KƏNDİNƏ QƏDƏR GƏLƏN YOL

Xachirovun sözlərinə görə, onlar iki il əvvəl internetdə tanış olublar, mütəmadi yazışan gənclərin arasında tezliklə virtual roman yaranır. Hərçənd amerikalı qızın Rusiyaya gəlişi cütlük üçün ciddi sınağa çevrilib. Respublika hakimiyyəti Obri Michel Allenin Mozdokda və başqa bölgələrdə olmasını qanunazidd sayırlar, hesab edirlər ki, o əcnəbilər haqda müəyyən edilmiş qaydaları pozub. Gənc qız məhkəmədə söyləyib ki, vizanın hazırlanması zamanı ona həmin məhdudiyyətlər haqqında heç bir məlumat verilməyib.

İstintaqın versiyasına görə, Xachirovlar ailəsi ABŞ vətəndaşını respublikaya dəvət edərkən bunu əvvəlcədən Federal Təhlükəsizlik Xidməti ilə razılaşdırmayıb. Şimali Osetiya məhkəməsinin qərarına görə, bununla da Xachirov Rusiya qanunvericiliyini pozub və ona görə də ABŞ-a deportasiya haqında qərar çıxarılıb. Bundan sonra Allen saxlanılaraq əcnəbi vətəndaşların müvəqqəti saxlanması mərkəzinə yerləşdirilib.

“NİŞANLIMI GÖRÜŞƏ İT KİMİ ZƏNCİRLƏNMİŞ GƏTİRİRLƏR”

Obri Michel Allenin vəkili Sergey Tabuyevin dediyinə görə, məhkəmənin qərarını mübahisələndirməyə hazırlaşırmış, ancaq Xachirovlar ailəsi işi dayandırmalarını istəyib, çünki qızı artıq ölkədən çıxarıblar.

“Onların mənim xidmətimə artıq ehtiyacları yoxdur. Mən vəkil kimi onların iradəsi əleyhinə çıxaraq indən belə bu işlə məşğul ola bilmərəm”, - Tabuyev söyləyir.

Vəkilin sözlərinə görə, Alan Xachirov mətbuatdan qaçır.

“O şikayətlənir ki, mətbuat artıq onu bezdirib və o heç bir müsahibə vermək istəmir. Alan hesab edir ki, bu hay-küy işin gedişatına çox pis təsir göstərib”.

Ancaq Xachirov az da olsa, bəzi KİV-lə əlaqə saxlayır. O NTV televizya kanalına müsahibəsində əscnəbi vətəndaşların və ya vətəndaşlığı olmayanların, Rusiyadan deportasiya edilməli şəxslərin saxlandığı Mərkəzdəki şəraitə eyhamla deyib ki, nişanlısı onunla görüşə “it kimi zəncirlənmiş vəziyyətdə gətirilir”.

VƏKİL İSƏ İNKAR EDİR

Vəkil Tabuyevin fikrincə, bu sözlər onun ağzından “emosional partlayış” nəticəsində çıxıb, Obrinin saxlanma şəraiti normal olub.

“Mənim fikrimcə, bu deyilənlər həqiqətə uyğun deyil. Özüm orda neçə dəfə olmuşam. Bilirəm ki, əcnəbi vətəndaşları ərazidən qırağa buraxmırlar, ancaq içəridə sərbəstdirlər. İstirahət otağı, televizor, mətbəx, yeməkxana var. O yəqin emosiyaların təsiri altında ağzından belə söz çıxarıb. Orda heç kimin başının üstündə nəzarət yoxdur. Buyurun, həyətdə söhbətləşin. Ünsiyyət üçün ayrıca otaq da var. Mən neçə dəfə getmişəm, onların həyətdəki skamyada oturub sakitcə söhbət etdiklərini görmüşəm. Ələlxüsus da heç kimin əli-qolu bağlı vəziyyətdə saxlandığını görməmişəm”.

Şimali Osetiyanın rəsmi qurumları isə Alan Xachirovun söylədiklərinə hələlik şərh verməyiblər.

Vəkil Sergey Tabuyev isə düşünür ki, bəlkə də Mişellə Alan üçüncü ölkədə evlənə bilərlər. Ancaq hüquq-mühafizə orqanlarının əməkdaşı olan Alan Xachirov bundan öncə işdən çıxmalıdır.

XS
SM
MD
LG