Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:22

3 ölkə birgə təlimlər keçirəcək


Mayın 15-də Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

Görüşdən sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib ki, üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi qərara alınıb. Həmçinin hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkili, kiber təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi qərara alınıb.

XS
SM
MD
LG