Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:58

Çörəyi palçıqdan çıxanlar


Astara, düyü belə yetişir
Astara, düyü belə yetişir

Palçıqlı suda çalışan çəltikçi Əziz Kazımov deyir ki, çörəkləri palçıqdan çıxır: “Külfət böyükdür,işləyən yox.Yeganə çörək yerim buradır. Özümün 9 sot payıbəlli torpağım var. 35 sot da icarəyə götürmüşəm.Həmin 9 sot üçün subsidya vermirlər. Deyirlər ki,10 sot olsaydı, verərdik. Bu 9 sota görə, ünvanlı dövlət sosial yardımı da vermirlər. Deyirlər, torpağın var. Bu 9 sot torpaqla 5 baş ailə saxlamaq olarmı? Subsidiyanı da işləri görəndən sonra verirlər. Ötən ilin pulu hələ də qalıb. Deyirlər ki, bir neçə gündür verməyə başlayıblar”

Əziz Kərimov
Əziz Kərimov

Bu ərazidə Astara rayonunun dörd - Artuba, Səncərədi, Suparıbağ və Ərçivan kəndlərinin əkin sahələri var. Bu sahələrdə əsasən çəltik əkilib.

“Çəkiliş edəndən sonra gedib icra aparatında göstərirlər”

Sahədə Əziz Kərimovun yaxınlığında işləyən həmkarı söhbətə qoşulur:“Toxumu çətinliklə əldə edirik,texnika,su sarıdan problemlərimiz var. İllər keçir problemlər olduğu kimi qalır. Əkin keçirdəndə burda bir neçə televiziya kanalı çəkiliş edirdi. Dərdimizi demişdik, heç nə göstərmədilər. Demişdim ki, yerli düyülərimiz baha satılır. Həmin ifadəmi verdilər,əsas məsələni heç yada salmadılar. Nə deyirik elə burda qalır. Çəkiliş edəndən sonra gedib icra aparatında göstərirlər,onlar nə məsləhət görürülər onu da verirlər. ”

“Prezident deyir əkin. Nə ilə əkək? Texnika yoxdur”.

O, əli ilə yer şumlayan traktorları göstərib deyir ki,bu iki texnika ilə işləri vaxtında görmək mümkün deyil: “Çatdıra bilmirlər. Mən sizi tanıyıram. 10 ildir gəlirsiz bura,nə dəyişib? Gəlirlər, özlərini burda reklam edirlər,problemlərimiz isə həll edilməmiş qalır.Bilsəm ki,problemlərmızın heç olmasa biri həll olunub, sevinərəm. Daha heç kimə inanmıram.Hər iş əl əməyi ilə görülür.Daha öyrəşmişik.Haçan texnika olacaq? Biz öləndən sonra? Prezident deyir, əkin. Nə ilə əkək? Texnika yoxdur. Olsa, əkilməmiş yer qalmaz.Əkilməmiş torpağa görə, kimisə cərimələməyə də ehtiyac olmaz. Aqroservis var. Amma orda çəltikçiliyə aid texnika yoxdur.Təkcə bu deyil.Yanacaq pulu da yoxdur.”

Əkin sahələrinin çox hissəsi çəkilməkdə olan dəmir yolun altında qalıb.İranla Azərbaycanın dəmir yolları burda birləşəcək.

Elshən Manafov
Elshən Manafov

Əlindəki yaba ilə torpağı yumaşltmaqla məşqul olan çəltikçi Elşən Manafov deyir ki, yolların çəkilişi onların işini xeyli yüngüləşdirb.Əkin sahəsində rahat hərəkət etmək olur.Onun deməsinə görə, yaxınlıqdakı Artuba, Səncərədi, Suparibağ kəndinin Bakıda tikintidə işləyən sakinləri geri qayıdıblar.İndi onlar çəltik əkini ilə məşğuldurlar :

“Məhsulun yetişməsinə az qalmış su olmur.”

“Həmin adamlara kömək lazımdır,o da yoxdur. Eşitmişəm subsidya verirlər. Mənə hələ deyən olmayıb ki, sənə subsidya çatır. Çəltikçilikdə ən çətin günlərdir. Kim vaxtında əksə, məhsulu yaxşı olar. Mən gecikirəm. Köməyim azdır. Əkindən sonra əsas sudur. Su bol və vaxtında olmalıdır. Su İranla sərhədboyu uzanan Astaraçaydan götürülur. Onlar da götürür, biz də. Bir də görürsən məhsulun yetişməsinə az qalmış su olmur.”

Faiq Cəfərzadə
Faiq Cəfərzadə

Sahibkar Fayıq Cəfərzadə isə deyir ki,yer şumlamaq və hamarlamaq baha başa gəlir.

Hektara nə qədər xərc çıxır?

“Rəsmilər deyir ki, hər hektara 40 manat xərclənir.Yalandır, 250 manat çıxır. İndi qadınlar əl ilə əkin keçirdirlər, hər birisnə gündə 15 manat pul verirəm. Gündəlik yeməklə təmin edirəm. Ağır zəhmətin qarşısında bu bir şey deyil. Amma nə edək? Başqa xərclər də var. Düzdür, qazanc gətirən sahədir.Lakin riski çoxdur.Sığortalamaq da olar.Hanı sığorta təşkilatları? Yaxın gəlmirlər.Bilirlər ki, riski çoxdur.”

Onun dediyinə görə, çəltikçilikdə işlər mexanikləşdirilsə yeni iş yerləri açılar. Ölkə düyü ilə daxili imkanlar hesabına təmin edilər. Sadəcə buna dövlət dəstəyi lazımdır. O deyir ki, Astarada, Lənkəranda istehsal olunan düyülər ekoloji cəhətdən təmizdir:

“Əsasən “Həsəni” və “Sədri” toxumları əkirik. Məhsuldarlığı az olsa da keyfiyyətlidir.”Həsəni” dadlı və ətirli olur. Düyünün bir kiloqramını 2-3 manatdan evlərdən yığırlar. Biz kifayət qədər məhsul istehsal etsək, kənardan gətirilən düyülərə ehtiyacımız olmaz. Külli miqdarda pul xərcləyib xaricdən düyü gətirənlərə məsləhət görərdim ki, vəsaiti burda sərf etsinlər. Bunun üçün dövlət proqramı lazımdır.”

Astara, çəltik
Astara, çəltik

Çəltiyə çəkilən xərclərlə bağlı müxtəlif rəqəmlər sadalanır. Əkinçilər deyir ki, bu, işə kənardan qüvvə cəlb edib-etməməkdən asılıdır. Ümumilikdə bir hektar çəltik zəmisinə min manat xərc çəkildiyi bildirilir. Təqribən 3 min manat isə xalis gəlirin götürüldüyü qeyd edilir.

İcra hakimiyyəti nə deyir?

Astara rayon icra hakimiyyətindən bizə bildirdilər ki,çəltikçiliklə məşqul olanlara verilən subsidyaların məbləği artırılıb . Hər hektara 100 manat verilir. İcra hakimiyyətindən texnika qıtlığı ilə bağlı şikayətləri də bir elə əsaslı saymırlar. Rayon rəsmilərinin deməsinə görə, çəltik əkənlər istədikləri texnikanı Aqroservislərə sifariş verməklə götürə bilərlər.

XS
SM
MD
LG