Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:58

Qızına 35 min nəfərlik yerdə toy eləyib


 Recep Tayyip Erdoğanın qızı Sümeyye Erdoğan
Recep Tayyip Erdoğanın qızı Sümeyye Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın qızı Sümeyya Erdoğan ilə Selcuk Bayraktar ailə qurub.

Nikah və toy mərasimi 35 min nəfərlik mədəniyyət mərkəzində keçirilib. Mərasimdə 6 min nəfər iştirak edib. Qonaqların arasında xarici ölkələdən gələnlər də çoxluq təşkil edib.

Nikah mərasimi hazırlıqları isə bir gün əvvəl bütün gecə boyu davam edib. Polis gecəyarısı mədəniyyət mərkəzinə açılan bütün küçə və prospektləri dəmir sədlərlə bağlayıb.

Nikah mərasimi Quran oxunmasıyla başlayıb. Gənclərin nikahını İstanbul bələdiyyəsinin sədri Kadir Topbaş kəsib.

Yeni ailə quranların şahidi isə keçmiş prezident Abdullah Gül və baş nazir Ahmet Davutoğlu olub.

XS
SM
MD
LG