Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:06

İsveçin “Ericsson” şirkəti dünyanın ilk sürücüsüz elektrobuslarını tanıdıb.

Yeni minik vasitəsinə hərəkətdə olan avtobusun içərisini izləməyə imkan verən birbaşa videoyayım kameraları, onun olduğu yeri bildirən ayrıca modul quraşdırılıb. 12 sərnişin yeri olan elektrobuslar 5G şəbəkəsinə qoşulub. “Ericsson və Telia” mobil operatoru bu şəbəkəni 2018-ci ildə Stokholm və Tallində istifadəyə verməyi planlaşdırır. 5G-nin bütövlükdə 2020-ci ildə yayılıb genişlənməsi gözlənilir.

Sürücüsüz elektrobuslar İsveç hökümətinin 2015-ci ildə qəbul etdiyi “Drive Sweden” nəqliyyat proqramının tərkib hissəsidir. Bu proqramda nəqliyyatın bir çoxprobleminin həlli nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG