Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:46

Aprel ayında Dövlət Gömrük Komitəsi (DGK) xarici ticarət əməliyyatlarından indiyədək görünməmiş həcmdə - 227,4 milyon manat vergi və rüsum toplayıb.

Komitənin açıqlamasına görə, təkcə aylıq ödəmələrin ümumi məbləği deyil, ayrı-ayrı tədiyyə növləri (gömrük rüsumu, aksiz və yol vergisi) üzrə də ən yüksək göstəricilər qeydə alınıb.

Mütəxəssislərin fikrincə, manatın dollara nisbətən dəyərsizləşməsindən sonra gömrük ödəmələrinin artımı təbiidir. Çünki gömrük ödəmələri dollarla hesablanır, daha sonra manatın məzənnəsinə uyğun ödənilir.

Ötən ilin sonuncu rübündən bəri DGK sərhədyanı ərazidə yaşayan vətəndaşların özləri ilə gətirdikləri gündəlik ehtiyac mallarının yoxlanılmasına nəzarəti sərtləşdirib. Komitə bu səbəbdən hər həftə vətəndaşlarla gömrük əməkdaşları arasında baş verən qarşıdurma hallarına dair məlumat yaymaqdadır.

Bu il DGK xətti ilədövlət büdcəsinə ödəmələr 13,8 faiz daha çox proqnozlaşdırılıb. Gömrükçülər ötən ildəkindən (1 milyard 590 milyon manat) 220 milyon manat çox pul toplamalıdır. Plana görə, dövlət büdcəsinə ödəmələrin 10,8 faizi DGK-nın payına düşməlidir.

Bu ilin 4 ayında komitə 644,3 milyon manat, yaxud ötən ilin eyni dövründən 33,2 faiz artıq vəsait yığmağa nail olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG