Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

-

O “çayxana” atmosferini sındırmaq istəyirdik...

Türkiyənin qadın haqlarına dair "PulBiber" dərgisinin redaktoru Deniz Durukanla OxuZalında söhbət. Onunla Leyla Nənə söhbətləşib

Jurnal

Jurnal

- Hər sayımızda qonaq yazarlar olur. Onları seçəndə mövqeyinə, dediklərinə diqqət etməyə çalışırıq. Xüsusilə, seksist, maskulin dili olanları ələyirik. Bu dil və anlayış təzyiq etmək və təzyiq altına almağı, özgələşməni də özüylə birlikdə gətirir. Bu dil və anlayışdan birdəfəlik qurtulmaq lazımdır.

- "PulBibər"i çıxarmaqda məqsədiniz və gözləntiləriniz nə idi, işlər indi necə gedir? Gələn reaksiyalar necədir?

- Məqsədimiz mətbəxində və idarəsində qadınların olduğu bir dərgi çıxarmaq idi və bunu bacardıq. Çünki mövcud dərgilərin demək olar ki, hamısı kişilərin əlindədir. O “çayxana” atmosferini sındırmaq istəyirdik. Biz də varıq və bizim zamanımız indi başlayır, dedik.

Ancaq tək məqsədimiz bu deyil, əlbəttə. Kültür-sənət və həyata dair hər mövzuya daxil oluruq. Bu yolda da irəliləyirik.

Leyla Nənə

Leyla Nənə

- Dərginin hər sayının məzmununu nəyə əsasən müəyyənləşdirirsiniz?

- Həyatdakı və virtualdakı gündəmə görə müəyyənləşdiririk. Bizi ən çox nə yaralayırsa, hara qanayırsa, ora baxırıq. Ancaq ümid duyğusunu silmədən edirik bunu.

- Digital dövrdə klassik kağız dərgi çıxarmaq və bu işi davam etdirmək çətin deyil? Bir də xüsusilə patriarxal sistemdə patriarxiyanın özünə, hakim dilə qarşı mübarizə aparan bir dərgi üçün. Yəni əgər hər hansı klassik kağız dərgi yalnız e-dövrə qarşı mübarizə aparıb yalnız onunla yarışırsa, sizin rəqibiniz birdən çoxdur.

- Yeni dərgiçilik anlayışı var, artıq köhnə dövr bitib. Deyilənlər və oxunanlar dəyişib. Yazmaq təcrübəsi da bununla paralel irəliləyir. Oxucu cəld və bir an öncə tükətəcəyi nəyisə oxumaq istəyir. Oxucu özəti (xülasəsi) çıxarılmış bilginin tərəfdarıdır. Təfərrüatdaki estetikayla özünü məşğul etmək istəmir. Bu, həm dövrlə, həm də digital dövrün formalaşdırdığı oxuma praktikasıyla əlaqəlidir. Belə bir dövrdə arxivlik dərgi hazırlamaq cəhdi, üstəlik, populyar sahədə bunu etmək bizim üçün hə, ikiqat çətindir.

- Türkiyə qadının probleminin çox olduğu ölkələrdən biridir. Sizcə, bu cür ölkələrdə nəyi necə etmək lazımdır? Hamı şikayətçi olsa da nəsə etmək üçün cəhd edənlərin sayı azdır. Məsələn, siz dərgi çap edirsiz, başqası bəlkə bir radio verilişi aparır, bir çox qadın mübarizə təşkilatları, qrupları və s. var, ancaq buna baxmayaraq, hər gün qəzetlərdə qadın cinayəti, şiddəti xəbərlərini oxuyuruq.

Şərqdə qadın haqlarına dair ilk dərgi Azərbaycanda çıxmışdı

Şərqdə qadın haqlarına dair ilk dərgi Azərbaycanda çıxmışdı

- Bu problemin həlli asan deyil, təbii ki. Qadın ancaq həyat yoldaşından, qardaşından, yaxud atasından şiddət və təzyiq görmür. Cəmiyyətin, dövlətin baxışı da basqı tərəfdarıdır. Patriarxal strukturun özü bundan bəslənir, sistem də bu strukturla işləyir və bu şiddəti çoxaldır.

Əlbəttə ki, mübarizə aparacağıq, susmaq olmaz. Müdaxilə edib, “biz də varıq!” deməyə məcburuq. İtaətli olmağı rədd etməsək, “Bu bizim taleyimizdir” fikrini dəyişdirməsək, yaşamaq şansımız yoxdur. Mütləq bunlara qarşı çıxmaq üçün bir dil formalaşdırmalıyıq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG