Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:38

«Amerika günləri» başladı


ABŞ
ABŞ

-

Mayın 14-də Amerika Günləri Festivalına rəsmi start verilib.

Xəbəri ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

Festivalın açılış mərasimi Dillər Universitetində keçirilib. Açılışda ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta-nın, Azərbaycan Dillər Universitetinin rektor əvəzi Bünyamin Yunusovun, ictimaiyyət, siyasət və media nümayəndələrinin iştirak etdiyi bildirilir.

APA-nın xəbərinə görə, mərasimdə çıxış edənlərdən B.Yunusov Azərbaycanın multikultural ölkə olduğunu, Amerika Günləri Festivalının sülh, dostluq və qarşılıqlı anlaşmaya töhfə verəcəyini vurğulayıb. Onun deməsinə görə, bu tipli tədbirlərin keçirilməsi ilə iki ölkə insanları bir-birinə daha da yaxın olacaq.

Xəbərə görə, R.Cekuta isə Amerika Günləri Festivalının əhəmiyyətini önə çəkərək qeyd edib ki, mədəni müxtəlifliklərin təbliği insanların dost mühitində yaşamasına töhfə verir.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. «Çovqan» və «Zirvə» rəqs qruplarının ifasında rəqslər və musiqi nömrələri nümayiş olunub. Tədbir «Amerikada mədəni müxtəliflik» mövzusunda olan əl işləri sərgisinə baxışla yekunlaşıb.

«Amerika günləri» hər il keçirilir. Festivalın məqsədi Amerika mədəni müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

XS
SM
MD
LG