Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

-

Bu ilin ilk rübündə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun ötən ilin analoji dövrünə nəzərən 34.2 faiz azalaraq 2.9 milyard manata düşdüyü bildirilir.

Mərkəzi Bankın «Pul Siyasəti» icmalına görə, dövr ərzində neft sektoruna 2.3 milyard, qeyri-neft sektoruna isə 600 milyon manat investisiyalar yönəldilib. Cəmi investisiya qoyuluşlarının 15.1 faizi dövlət (2015 I rüb 30 faiz), 84.9 faizi özəl sektorun (2015 I rüb 70 faiz) payına düşür.

SAHƏLƏR ÜZRƏ AZALMA

İnvestisiyaların həcminin kənd təsərrüfatında 74.1, sənayedə 12.8, informasiya və rabitə sektorunda isə 87.6 faiz azaldığı bildirilir.

Tikintidə 48.3, nəqliyyat, anbar təsərrüfatında 46, daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə 29.2, ticarətdə 89.5, turistlərin yerləşdirilməsi və ictimai iaşədə isə 83.3 faiz azalma olduğu qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG