Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00

-

Kanadanın Alberta əyalətində bir neçə gündür meşə yanğınları davam edir.

Yerli medianın yanğınla maraqlanmamaqda ittiham etdiyi baş nazir Justin Trudeau helikopterlə yanğın bölgəsinə baş çəkib.

Baş nazir keçirdiyi mətbuat konfransında yanğınsöndürənlərə təşəkkür edib.

Yaşayış yerlərindən uzaqlaşdırılmış yanğının hələ iki həftə davam edəcəyi gözlənilir.

İndiyə qədər 2 min 410 kvadratkilometr ərazi yanıb kül olub. Əraziyə yaxın yaşayış yerlərində 2 mindən artıq bina istifadəyə yarasız vəziyyətə düşüb. 530 ev isə zərər görüb.

Evlərindən çıxarılan 88 min adama maddi yardım göstərilib. Evləri yanmış adamlar üçün yeni evlər inşa olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG