Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:55

-

Dünyanın ən yaşlı insanı Nyu-Yorkda 116 yaşında ölüb.

1899-cu ildə Alabamada doğulan Susannah Mushatt Jones həm də 19-cu əsrdə doğulmuş sonuncu Amerika vətəndaşı idi.

19, 20 və 21-ci əsrlərdə yaşayan Jones iki dünya müharibəsi və 20 Amerika prezidenti görmüşdü.

O, ailənin 11 uşağından bir olub. Ömrünün sonunadək fəal həyat tərzi keçirib. 106 yaşına qədər yaşadığı Qocalar Evində növbətçi vəzifəsində çalışıb. Jones uzun yaşamasının səbəblərindən birini yatması, heç vaxt siqaret və spirtli içki istifadə etməməsi ilə bağlayıb.

Ailə üzvlərinin sözlərinə görə, «Miss Susie»nin zövq aldığı şeylərdən biri də bahalı alt paltarları olub.

Jones-un ölümündən sonra dünyanın ən yaşlı insanı artıq İtaliyada yaşayan 116 yaşlı Emma Morano adlı qadındır. Morano 1899-cu ildə doğulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG