Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35

-

Mingəçevir su anbarında problemlər olduğu bildirilir.

Bu haqda jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov danışıb.

«Trend»in xəbərinə görə, nazir anbarın ərazisində torpaq dambalarında su sızmalarının müşahidə olunduğunu bildirib.

«Orada çox miqdarda suyun artması müşahidə olunsa, ortaya müəyyən suallar çıxa bilər. Bunu həmin dambaları idarə edən təşkilatlar daha yaxşı bilir və tədbirlər görürlər. Ola bilər ki, tədbirlər bir qədər vaxt aparsın» - deyən nazir su sızmasının hansı problemlər yarada biləcəyini açıqlamayıb.

Mingəçevir su anbarı Kür çayının Bozdağ ətrafından keçən sahəsində 1953-cü ildə yaradılıb. Su anbarının çay boyu uzunluğu 70, eni 3 kilometrdir. Maksimal dərinliyi 75, orta dərinliyi 26 metr olan anbarın sahil xəttinin uzunluğu 247 kilometrdən artıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG