Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:00

«Hizbullah» komandirini cihadçılar öldürüb


«Hizbullah»
«Hizbullah»

-

«Hizbullah» Suriyadakı komandiri Mustafa Emin Bedreddin-in ölümünə görə cihadçıları ittiham edib. «Hizbullah» Bedreddin-in ölümünə görə daha əvvəl İsraili günahlandırmışdı.

M.E.Bedreddin cümə günü Dəməşq aeroportu yaxınlığında partlayış zamanı ölmüşdü. «Hizbullah» komandirinin Beyrutdakı dəfn mərasiminə minlərlə adam qatılıb.

Bedreddin 2011-ci ildən «Hizbullah»ın Suriyadakı əməliyyatlarına rəhbərlik edib. Qruplaşmanın minlərlə üzvü Bashar al-Assad hakimiyyətini dəstəkləmək üçün Suriyadakı döyüşlərdə iştirak edir.

Bedreddin 2008-ci ildə Dəməşqdəki partlayışda ölən «Hizbullah» komandiri Imad Mugniyye-nin qaynı və xələfiydi.

Mugniyye və Bedreddin-in 1983-cü ilin oktyabrında Beyrutdakı ABŞ dəniz piyada qüvvələrinə hücumu birlikdə həyata keçirdikləri bildirilir. Həmin hücumda 241 ABŞ əsgəri ölmüşdü.

55 yaşlı Mustafa Bedreddin «Hizbullah» lideri Hasan Nasrallah-dan sonra təşkilatın ikinci lideri və Nasrallah-ın məsləhətçisi kimi tanınırdı.

XS
SM
MD
LG