Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:08

Tərtərin güclü atəşə tutulduğu deyilir


Qarabağda erməni artilleriyası.
Qarabağda erməni artilleriyası.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 120 dəfə pozublar. Bu zaman iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub.

Habelə, Berd rayonunun Ayqepar kəndindən Tovuz rayonunun Əlibəyli kəndi, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonu ərazisində yaşayış məntəqələri və Azərbaycan ordusunun mövqeləri mayın 13-ü saat 18:20-dən başlayaraq 14-ü saat 01:50-dək minaatanlardan atəşə tutulub

Məlumatda həmçinin bildirilir ki, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarında da Azərbaycan ordusunun mövqeləri atəşə məruz qalıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə cavab verib.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilir. Bu zaman hər iki tərəfdən, azı, onlarla əsgərin həlak olduğu qeyd edilir. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

XS
SM
MD
LG