Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:01

-

Mayın 13-də vəkil Cavad Cavadov Şəki İstintaq Tecridxanasında REAL hərəkatının lideri İlqar Məmmədovla görüşüb.

Bu barədə vəkil özünün Facebook səhifəsində yazıb.

“Əhvalı normaldı. Əvvəldən məhkəmədən gözləntisi yox idi, ona görə nəticəni təmkinli qəbul edib. Yaxın vaxtlarda Bakıya qaytarılmasını gözləyirik. İlqar Məmmədov məhkəməsinə gələnlərə, ona dəstək olanlara bir daha minnətdarlığını bildirdi. Cümhüriyyətçilər təslim olmur!!!”-deyə Cavad Cavadov yazır.

2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunan İ.Məmmədov 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb.Məhkəmə aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG