Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:37

►Məhkəmə hökumətin beynəlxalq axtarışa verdiyi hüquq müdafiəçisini sərbəst buraxıb

Almaniyaya mühacirət edən Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Əlövsət Əliyevin Ukraynada saxlandığı bildirilir.

Onun qardaşı, “Qanun ” jurnalının redaktoru Şahbaz Xuduoğlu Azadlıq Radiosuna olayın bir neçə həftə əvvəl baş verdiyini bildirib.

Əlövsət Əliyevin saxlanılmasının onu Azərbaycanın hüquq mühafizə qurumlarının beynəlxalq axtarışa verməsi ilə izah edilir.

Miqrantlara hüquq yardımı göstərməsi ilə tanınan Əlövsət Əliyevin Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş həyat yoldaşına Azərbaycandan çıxmaqda yardım etdiyi bildirilir. Bu məsələ ilə bağlı Ə.Əliyevə qarşı da cinayət işi açılmışdı.

Ş. Xuduoğlunun bildirdiyinə görə, Ə.Əliyevin saxlanması ilə bağlı Ukraynada məhkəmə prosesi keçirilib. Azərbaycan tərəfi cinayət işi materiallarını təqdim etsə də, məhkəmə hüquq müdafiəçisinin təhvil verilməsi üçün heç bir əsasın olmadığı qənaətinə gəlib. Məhkəmə qərarı ilə Ə.Əliyev sərbəst buraxılıb.

Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Azərbaycanda bəzi vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin istintaqa cəlb edildikləri vaxtda - 2014-cü ildə mühacirətə gedib. Mühacirət etdikdən sonra ona qarşı cinayət işi açıblar. O, Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş həyat yoldaşının qanunsuz olaraq ölkədən çıxarılmasına yardım etməkdə günahlandırılıb.

Ə.Əliyevin özü əvvəllər cinayət işinin qurama olduğunu, polis generalının onunla “haqq-hesab çəkmək ” istədiyini açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG